ABŞ-dakı turnedən Mançesterə qayıdan “Mançester Yunayted»”klubunun futbolçuları xoşagəlməz olayla qarşılaşıb. Apasport.az saytının məlumatına görə, komandanın təyyarəsi enmək üçün Lidsə istiqamətləndirilib.
“Qırmızı şeytanlar” Mançester hava limanına terror aktı təhlükəsi elan edilməsi səbəbindən enə bilməyiblər.
Qeyd edək ki, terror təhlükəsi barədə xəbərdarlıqdan sonra Mançester hava limanı bağlanıb, Böyük Britaniya qırıcıları isə təcili şəkildə havaya qaldırılıb. Buna təyyarələrdən birinin pilotlarının təyyarədə kənar əşyanın ola biləcəyi barədə xəbərdarlıq etməsi səbəb olub.
O da məlumdur ki, “Qatar Airvays”ın sərnişin reyslərindən biri qırıcı təyyarənin müşayiəti ilə Mançester hava limanına enib. Olayın digər təfərrüatı açıqlanmır.