“Barselona”nın hücumçusu Pedro Rodriges karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun keçidi ilə bağlı “Mançester Yunayted” qarşı tərəflə razılığa gəlib.
Bu barədə italiyalı jurnalist Tankerdi Palmeri öz “tvitter” hesabından məlumat yayıb.
Mənbənin iddiasında görə, Kataloniya klubu Pedronun transferi qarşılığında “qırmızı şeytanlar”dan 32,5 milyon avro tələb edib. Həmin məbləğlə razılaşan “manukunyanlar” yaxın günlərdə ispaniyalı forvardla müqavilə bağlayacaq.
Qeyd edək ki, ötən mövsüm “Barselona”da 35 oyun keçirən futbolçu 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq