“Mançester Yunayted” azarkeşlərindən maraqlı addım
24.09.2014 - 21:21
“Mançester Yunayted” azarkeşlərindən maraqlı addım

“Mançester Yunayted” azarkeşləri Kriştianu Ronaldonu yenidən ingilis klubuna qaytarmaq üçün maraqlı addım atmaq niyətindədirlər. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın fanatları Portuqaliya millisinin hücumçusunu evə təyyarədə bannerin köməyi ilə çağıracaqlar.

 

Çılğın azarkeşlər düşünürlər ki, təyyarəyə bərkidilmiş banner vasitəsi ilə “Real”da forma geyinən forvardı inandıracaqlar. Artıq bir qrup fanat icarəyə təyyarə də götürüb. Təyyarənin üzərində isə “Evə qayıt, Ronaldo” banneri bərkidilib.

 

Azarkəşlər sözügüdən təyarə ilə sentyabrın 27-də “Santiyaqo Bernabeu” stadionunun üzərində uçmağı planlaşdırırlar. Həmin gün Madrid “Real”ı “Vilyarreal”I qonaq edəcək.

 

Qeyd edək ki, Kriştianu Ronaldo 6 il formasını geyindiyi “Mançester Yunayted”dən “Real”a 2009-cu ildə keçib.