“Mançester Yunayted” Beynəlxalq çempionlar kubokunu qazandı
05.08.2014 - 20:06
“Mançester Yunayted” Beynəlxalq çempionlar kubokunu qazandı

“Mançester Yunayted” futbol klubu mövsüm öncəsi keçirilən Beynəlxalq çempionlar kubokunu qazanıb. Apasport.az saytının məlumatına görə, yoldaşlıq turniri ABŞ və Kanada ərazisində keçirilib.

 

Mayamidə baş tutan final oyununda “MY” “Liverpul”a qalib gəlib. Oyun 3:1 hesabı ilə başa çatıb.

 

Hesabı “Liverpul”un kapitanı Stvien Cerard açıb. O, 14-cü dəqiqədə rəqibin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. “Mançester Yunayted” ikinci hissədə üstünlüyü əlinə alaraq 2 dəqiqə ərzində 2 qol vurub. Əvvəlcə 55-ci dəqiqədə Ueyn Runi fərqlənib. 57-ci dəqiqədə isə Xuan Mata fərqi ikiyə çartdırıb. Oyunda son nöqtəni 88-ci dəqiqədə Cessi Linqard qoyub.

 

Finalçılardan əlavə turnirdə “Mançester Siti”, “Milan”, “İnter”, “Roma”, “Real Madrid” və “Olimpiakos” da iştirak edib.

 

Turnirin Ən yaxşı oyunçusu Ueyn Runi olub.