Yay transferi dövründə Robin van Persi və Radamel Falkao ilə yollarını ayıran “Mançester Yunayted” hücum xəttini gücləndirmək arzusundadı. Apasport.az saytı xəbər verir ki, “mankunianlar” PSJ-nin isveçli futbolçusu Zlatan İbrahimoviçlə danışıqlara başlayıblar.
İngilislər 34 yaşlı forvarda görə qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdı. Hələ ki, PSJ rəhbərliyi bu təklifə cavab verməyib.
Əgər İbrahimoviç “Mançester Yunayted”ə keçsə, yeni klubu ilə 3 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona” və “Milan” klublarının da formasını geyinmiş İbrahimoviç 2012-ci ildən PSJ-nin uğurları üçün çalışır.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq