“Mançester Yunayted” Kuadradoya görə 40 milyon təklif etdi
03.07.2014 - 02:39
“Mançester Yunayted” Kuadradoya görə 40 milyon təklif etdi

 

“Fiorentina” klubunun kolumbiyalı havbeki Xuan Kuadradonun müştəriləri artır. Apasport.az saytının məlumatına görə, “Bavariya” və “Barselona”dan sonra “Mançester Yunayted” də futbolçunu almaq istədiyini açıqlayıb.

 

Cənubi Amerika təmsilçisi artıq dünya çempionatının 1/4 finalına qədər irəliləyib. Kolumbiya yığması iyulun 5-də Braziliya ilə üz-üzə gələcək. Komandanın turniri tərk etmək ehtimalının böyük olmasına baxmayaraq, kolumbiyalı oyunçuların çox böyük klubların diqqətindədir.

 

Bundan əvvəl Kuadradonun uğrunda “Bavariya” və “Barselona” mübarizə aparırdı. Bu klublar onun üçün 30 milyon avro verməyə hazırdırlar. Amma “Mançester Yunayted” hər iki klubun arzusunu gözündə qoya bilər. İngilislər Kuadrado üçün “Fiorentina”ya 40 milyon avroluq təklif irəli sürüblər.