“Mançester Yunayted” Vidala ildə 12 milyon verməyə hazırdır
08.08.2014 - 02:58
“Mançester Yunayted” Vidala ildə 12 milyon verməyə hazırdır

 

“Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal “Mançester Yunayted”in təklif etdiyi şərtlərə razılaşıb. Apasport.az saytının məlumatına görə, Çili millisinin 27 yaşlı futbolçusu İngiltərə klubuna keçdiyi təqdirdə ildə 12 milyon avro alacaq.

 

Bu məbləğ Viadlı əməkhaqqına görə “Mançestur Yunayted”in üçüncü futbolçusu edəcək. Bundan çox ancaq Ueyn Runi və Robin van Persi qazanır. Onu da qeyd edək ki, futbolçu “Yuventus”da “cəmi” 4 milyon avro qazanır.

 

Amma bu transfer baş tutmaya da bilər. Çünki “MY”nun baş məşqçisi Lui van Qal futbolçunun səhhətindən narahatdır.