“Mançester Yunayted”dən Fabreqasa müqavilə təklifi
10.06.2014 - 00:48
“Mançester Yunayted”dən Fabreqasa müqavilə təklifi

 

“Mançester Yunayted” Sesk Fabreqasa müqavilə təklif edib. Apasport.az saytının məlumatına görə, Mançestr klubunun təklifi futbolçunu almaq istəyən “Çelsi”nin təklifindən daha cəlbedicidir.

 

Bu barədə “La Gazetta dello Sport” qəzetinin jurnalisti Tankredi Palmeri yazıb. Amma italiyalı jurnalist onu da qeyd edir ki, hələlik “Barselona” Fabreqasın transferi ilə bağlı klubların heç birindən konkret təklif almayıb.

 

İspaniyalılar hesab edirlər ki, Fabreqas daha çox “Çelsi”yə üstünlük verir. Çünki London klubu Çempionlar Liqasında oynayacaq. “Mançester Yunayted” isə ümumiyyətlə avrokuboklarda oynamayacaq.

 

Qeyd edək ki, bundan əvvəd “Barselona”nın oyunçusu Jerar Pike Fabreqasın 33 milyon avro müqabilində “Mançester Yunayted”ə keçəcəyini söyləyib.