Adı son zamanlar “Real Madrid”lə hallanan Luis Suarezə yeni təklif gəlib. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” uruqvaylı futbolçu üçün «Liverpul»a inanılmaz təklif irəli sürüb.
Mənbənin bildirdiyinə görə, “qırmızı şeytanların” hollandiyalı baş məşqçisi Lui van Qal uruqvaylı oyunçunu istəyir. Van Qal “Mançester Yunayted” klubu rəhbərliyinin yeni transferlər üçün ayırdığı 200 milyon avroluq büdcənin tam 80 milyonunu Suaresə sərf etmək niyyətindədir. “Real Madrid”in isə oyunçu üçün 60 milyon avro ayırdığı bildirilir.
Qeyd edək ki, Suares ötən mövsüm “Liverpul”da keçirdiyi 37 oyunda 31 qol vurub.