“Mançester Yunayted”dən təxirə salınmış qələbə
07.05.2014 - 00:33
“Mançester Yunayted”dən təxirə salınmış qələbə

 

 

İngiltərə çempionatında 34-cü turun təxirə salınmış bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” öz meydanında “Hall Siti”yə qalib gəlib.

 

Bu oyun komandanın baş məşqçi səlahiyyətlərini həyata keçirən Rayan Qiqqzin meydana çıxması ilə əlamətdar olub. Qiqqz oyundan əvvəl adını meydana çıxacaq futbolçular siyahısına salıb.

 

7 may

34-cü tur

 

“Mançester Yunayted” – “Hall Siti” - 3:1

Qollar: Vilson, 31; 61; Van Persi, 87 - Fryatt, 63