“Mançester Yunayted”dən türkiyəli futbolçu üçün 20 milyonluq təklif
18.02.2015 - 14:37
“Mançester Yunayted”dən türkiyəli futbolçu üçün 20 milyonluq təklif

Elə də uğurlu mövsüm keçirməyən “Mançester Yunayted” yayda heyətini yenidən gücləndirəcək. Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar”ın transfer siyahısında bir türkiyəli futbolçu da var.

 

İngiltərə təmsilçisi yarımmüdafiə xəttindəki problemi Dortmund “Borussiya”sının oyunçusu İlkay Gündoğanla yoluna qoymaq niyyətindədi. “Mankunianlar” bu transferə görə 20 milyon funt-sterlinqlərindən keçməyə də hazırdılar. Futbolçu özü də karyerasını İngiltərə Premyer Liqasında davam etdirməkdə maraqlıdı. Dortmund klubu uğursuz mövsüm keçirdiyindən, əksər aparıcı oyunçuları kimi, İlkay Gündoğanı da yayda sərfəli qiymətə satmağı planlaşdırır.

 

Qeyd edək ki, İlkay Gündoğanın “Borussiya” ilə müqaviləsi gələn ilin yayına qədərdi.