“Mançester Yunayted”in baş məşqçisi sonuncu dəfə meydana çıxacaq
06.05.2014 - 22:13
“Mançester Yunayted”in hazırkı baş məşqçisi Rayan Qiqqz komandanın evdə keçirəcəyi son oyunda meydana çıxmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, o, adını meydana buraxmağa hazırlaşdığı oyunçular siyahısına salıb.
Beləliklə, Qiqqz “Old Trafford”da sonuncu dəfə azarkeşlər qarşısında oynamaq və karyerasına doğma divarlar arasında başa vurmaq imkanından istifadə etmək istəyir. Gözlənildiyinə görə, 40 yaşlı veteran növbəti mövsümdən komandanın məşqçi heyətində çalışacaq.
0
0