“Mançester Yunayted”in hücumçusu sağaldı
17.02.2015 - 20:35
“Mançester Yunayted”in hücumçusu sağaldı

"Mançester Yunayted"in futbolçusu Robin van Persi zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı hücumçu komanda ilə birgə məşqlərə başlayıb.

 

O, İngiltərə Premyer Liqasının növbəti turunda "Suonsi"yə qarşıya matçda forma geyinəcək. Bu oyun isə fevralın 21-i keçiriləcək.

 

Qeyd edək ki, van Persi zədə səbəbindən İngltərə kubokunun 1/8 finalında "Prestona" ilə (3:1) oyunu kənardan izləmişdi.