“Mançester Yunayted”in oyunçuları dünya çempionatına aparılmayacaq
05.05.2014 - 19:24
“Mançester Yunayted”in oyunçuları dünya çempionatına aparılmayacaq

 

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Roy Hocson “Mançester Yunayted”in oyunçularının dünya çempionatına aparılmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşır. Apasport.az saytının məlumatına görə, müdafiəçilər Fil Couns və Kris Smolinq, yarımmüdafiəçilər Maykl Kerrik və Eşli Yanq, eləcə də hücumçu Denni Uilbek Braziliyada keçiriləcək mundialı buraxa bilərlər.

 

Hocsonun sözlərinə görə, futbolçular adlarını siyahıda görməyəndə, bunu normal qarşılamalıdırlar. Baş məşqçi onların İngiltərə çempionatında göstərdikləri oyundan narazıdır.