“Melvin Platyeni komandada saxlamaq istəyirik”
03.06.2014 - 11:47
“Melvin Platyeni komandada saxlamaq istəyirik”

“Melvin Platyeni komandada saxlamaq istəyirik”. Apasport.az xəbər verir ki, bunu “Kalmar” klubunun idman direktoru Tomas Anderson Borstam deyib.

 

O bildirib ki, müqavilə ilə “Neftçi”yə məxsus olan hollandiyalı futbolçu Melvin Platyeni geri qaytarmaq istəmirlər: “Platye bizə lazımdır. Onu “Neftçi”dən icarəyə götürmüşük. İcarə müddəti bitsə də, onu geri vermək istəmirik. Azərbaycan klubu ilə danışacağıq. Əgər icarə versələr, növbəti mövsüm də futbolçunu öz komandamızda saxlayacağıq”.