“Bir çox klub məni heyətində görmək istəyirdi”
07.08.2014 - 17:45
“Yenidən “Dənizlispor”a keçdiyim üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.
Türkiyənin I liqa klubu “Dənizlispor”a keçən müdafiəçi qonşu ölkə mətbuatına açıqlama verib: “Bir çox klub məni heyətində görmək istəyirdi. Lakin mən sevdiyim və yaxşı tanıdığım komandaya keçməyə qərar verdim. İnanıram ki, yeni mövsüm həm mən, həm də komandam üçün uğurlu olacaq”.
0
0