“Mənim “Bakı” adlı kluba qayıtmaq fikrim yoxdur”
05.06.2014 - 15:21
“Mənim “Bakı” adlı kluba qayıtmaq fikrim yoxdur”

“Mənim “Bakı” adlı kluba qayıtmaq fikrim yoxdur”. Bunu apasport.az saytına açıqlamasında Mindauqas Kalonas deyib.

 

Yenidən paytaxt təmsilçisinə qayıdacağı barədə xəbərlərə münasibət bildirən 30 yaşlı futbolçu bildirib ki, onun “Bakı” ilə heç bir bağlılığı yoxdur. Litvalı legionerin sözlərinə görə, karyerasını başqa bir komandamızda davam etdirəcəyi istisna deyil: “Yazırlar ki, guya mən “Bakı”da oynamaq istəyirəm, 2016-cı ilədək müqaviləm var. Bunlar hamısı boş söhbətlərdi. O klubla heç bir əlaqəm qalmayıb. Azərbaycan klublarından təklif almışam. Bir müddət dincəldikdən sonra yekun qərarımı verəcəyəm”.