“Messi daha diqqətli olmalıdı”
05.10.2016 - 01:59
“Messi daha diqqətli olmalıdı”

Argentina millisinin rəsmiləri Lionel Messidən şikayətçidilər. Apasport.az saytının məlumatına görə, milli komandanın mətbuat xidmətinin rəhbəri Xorxe Miadoski yerli mətbuata açıqlamasında ulduz futbolçunun özünü qorumadığını bildirib.

 

"Messi özünü zədələrdən qorumur, çünki o, əsl peşəkardı və bütün oyunlarda meydana çıxmaq istəyir. Ancaq Leo sağlamlığını qorumalıdı. Zədələndikdən sonra yanına həkim göndərdik, onu müayinə etdi. Daha diqqətli olmalı idi. Peru və Paraqvayla oyunlarda Messinin xidmətindən yararlana bilməyəcəyik. Ümid edirəm, bu oyunlarda yaxşı nəticələr əldə edəcəyik. Messi isə noyabrda, Braziliya və Kolumbiya ilə oyunlarda millinin heyətində yer alacaq".

 

Qeyd edək ki, Messi İspaniya La Liqasının "Atletiko"yla oyununda zədələnmişdi. Futbolçu artıq məşqlərə başlasa da, hələ tam hazır olmadığından, DÇ-2018-in seçmə mərhələsinin Peru və Paraqvayla oyunlarında Argentina millisinə kömək edə bilməyəcək.

0