Rusiya millisinin baş məşqçisi Fabio Kapello “Barselona” və “Real”ın cari mövsümdəki çıxışları haqda danışıb. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı Kataloniya klubunun daha yaxşı oynadığını, madridlilərin isə ən güclü komanda olduğunu bildirib.
Kapello Argentina yığması və “Barsa”nın hücumçusu Lionel Messinin oyununa da toxunub: “Barselona” daha yaxşı mübarizə aparır. Komanda çox gözəl oynayır. Messi əvvəlki günlərinə qayıdıb. İndi futbolçular fərdi deyil, komanda oyunu oynayırlar. Bu da onların son nəticələrinin sübutudu. “Real”a gəlincə, komanda kimi madridlilər “Barselona”dan və başqa klublardan daha güclüdü. Hazırda "Real" ən yaxşı üsulla çıxış etmir, amma onlarda hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, Fabio Kapello 2 dəfə “Real”ı çalışdırıb. 1996-1997 mövsümündə “Kral klubu”na rəhbərlik edən təcrübəli mütəxəssis 9 ildən sonra yenidən İspaniya təmsilçisinin “sükanı arxası”na keçib. O, burada yenə 1 il işləyib. Kapello 2012-ci ildən isə Rusiya millisində çalışır.