“Messini necə dayandıracağımızı bilmirəm”
04.07.2014 - 02:16
“Messini necə dayandıracağımızı bilmirəm”

 

Belçika millisinin liderlərindən biri olan Eden Azar Argentina ilə 1/4 final oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi əsas təhlükənin Messi olduğunu vurğulayıb.

 

Azar iki yaxşı komandanın görüşəcəyini vurğulayıb: “Mən hər şeyin necə olacağını bilmirəm. Amma matç öncəsi hər iki tərəfin şansı eynidir. Onların Messisi, İquaini, Lavessisi var. Amma bizim komandada da çox gözəl müdafiəçilər var. Biz bilirik ki, dünyanın ən yaxşı oyunçusu Argentina millisində oynayır. Onların ümumi komandası da çox gözəldir. Amma elə bir oyunçuları var ki, istənilən oyununun taleyini istənilən zaman dəyişə bilər. Əgər Messinin qarşısını alsaq, işimiz xeyli asanlaşacaq. Amma onu necə dayandıracağımızı bilmirəm”.