“Azərbaycanla oyunumuz yaxşı alındı. Düzdür, çox pis hava şəraitində oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət İran milisinin futbolçusu Məlikə Motavali deyib deyib.
Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin Azərbaycanla oyununun ən yaxşısı seçilən futbolçu matç haqda fikirlərini açıqlayıb: “Amma hər şey istədiyimiz kimi oldu. Qələbə qazandığımız üçün çox sevinirik. Meydança da çox sürüşkən idi. Lakin vu da bizə mane olmadı”.
Qeyd edək ki, 9-12-ci yerlər uğrunda mübarizə aparan qrupun oyunlarının II turunda baş tutan matçda İran yığması millimizi 1:0 hesabı ilə məğlub edib.
“Meydança çox sürüşkən idi”
27.03.2014 - 17:28
0
0