“Milan” “Real”ın əsas qapıçısını almaq istəyir
28.03.2014 - 05:39
“Milan” futbol klubu “Real Madrid”in qapıçısı Dieqo Lopesə maraq göstərir. Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper “Milan”ın hazırkı qapıçısı Kristian Abbyatiyə yaxşı əvəz ola bilər.
Milanlılar artıq yay transfer mövsümündə Lopesə rəsmi təklif irəli sürməyə hazırlaşırlar. Xatırladaq ki, Lopes İspaniya çempionatında “Real”ın əsas qapıçısıdır. Onun həmkarı İker Kasilyas isə İspaniya Kuboku və Çempionlar Liqasında komandanın qapısını qoruyur.
0
0