“Milan” “Roma”nın hücumçusunu aldı
29.01.2015 - 18:51
“Milan” “Roma”nın hücumçusunu aldı

İtaliyada xoş günlər keçirməyən “Milan” bu uğursuzluğa son qoymaq üçün heyətini gücləndirməyə çalışır. Apasport.az saytı xəbər verir ki, “rossonyerlər” qış fasiləsində daha bir oyunçunu heyətə cəlb ediblər.

 

Söhbət “Roma”nın hücumçusu Mattia Destrodan gedir. Son vaxtlar “canavarlar”da heyətə düşməkdə çətinlik çəkən Destro cari mövsümün sonuna qədər icarə əsasında “Milan”ın formasını geyinəcək. Məşqçilər korpusu bu müddətdə 24 yaşlı futbolçunun oyunundan məmnun qalarsa, yayda onu 15 milyon avro müqabilində birdəfəlik transfer etmək hüququna malik olacaq.

 

Qeyd edək ki, 2012-ci ildən İtaliya millisinə dəvət alan Destro elə həmin vaxtdan “Roma”nın da uğurları üçün çalışır.