“Milan” Balotelliyə görə 35 milyon avro itirib
04.07.2014 - 19:56
“Milan” klubunun sahibi Silvio Berluskoni Mario Balotellidən şikayət edib. Apasport.az saytının məlumatına görə, o, klubun Balotellinin dünya çempionatında zəif çıxışı səbəbindən 35 milyon avro itirdiyini iddia edib.
Berluskoni futbolçunu digər kluba satmağa görə məhz bu məbləğə satmağa hazırlaşırmış: “Əgər İtaliya millisini hesaba almasaq, mən bu çempionatda hamıdan çox itirmişəm. Mən Balotellini ingilis klubuna onlarla milyon avroya satmağa hazırlaşırdım. İndi onu kim alacaq?”
Bəzi məlumatlara görə, Balotellini “Arsenal” almağa hazırlaşırmış.
0
0