“Milan” növbəti mərhələdə
18.08.2015 - 08:35
“Milan” növbəti mərhələdə

İtaliya Kubokunda III seçmə mərhələnin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə aparıcı klublardan yalnız “Milan” mübarizə aparıb.

 

“Peruca” ilə qarşılaşan “rossonyerlər” ilk yarım saat ərzində vurduğu qollar sayəsində qələbə qazanıb. Komandanın heyətində Keysuke Honda (10) və Luiz Adriano (29) fərqlənib. Bu qələbə sayəsində növbəti mərhələyə adlayan “Milan”ın rəqibi “Krotone” olacaq. Bu cütlüyün qalibi isə 1/8 finala vəsiqə əldə edəcək.

 

Qeyd edək ki, “Yuventus”, “İnter”, “Latsio”, “Napoli”, “Roma”, “Cenoa”, “Sampdoriya” və “Fiorentina” 1/8 finalda rəqiblərini gözləyirlər. “Milan” “Krotone” səddini də keçə bilsə, 1/8 finalda “Sampdoriya” ilə qarşılaşacaq.