“Milan”ın yeni baş məşqçisi bəlli oldu
09.06.2014 - 17:13
“Milan”ın yeni baş məşqçisi bəlli oldu

Klarens Zeedorfla yollarını ayıran “Milan” yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az xəbər verir ki, bundan sonra komandanı sabiq futbolçusu Filippo İnzaqi çalışdıracaq. Məlumatı klubun rəsmi internet saytı yayıb.

 

Ötən mövsüm “uğursuzluq zolağı”na düşən və avrokuboklardan kənarda qalan “Milan” İnzaqi ilə 2016-cı ilə qədər müqavilə imzalayıb.

 

İnzagi bu klubla 2 dəfə A Seriyasının çempionu, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə də Avropa Super Kubokunun qalibi olub. Klub rəhbərliyi onun məşqçi kimi də uğurlu olacağına inanır.