“Milan”da vitse-prezidentin qohumu klubdan oğurluq etdi
16.12.2015 - 00:03
“Milan”ın əməkdaşı Mustafa Medhun klubdan forma və texniki ləvazimatlar oğurladığı üçün polis tərəfindən saxlanılıb. Apasport.az saytının “footballitalia”ya istinadən məlumatına görə, soyunub-geyinmə otağına qoyulmuş gizli kamera sayəsində üstü açılan oğurluq hadisəsindən sonra polislərin Medhunun evində apardığı axtarışda çox sayda forma və digər ləvazimatlar aşkarlanıb.
12 ildir klubda işləyən cinayətkar vitse-prezident Adriano Qallianinin keçmiş həyat yoldaşının qardaşıdı.
0
0