“Monako” “Çelsi”dən 5 milyon funt tələb edir
04.06.2015 - 21:31
“Monako” “Çelsi”dən 5 milyon funt tələb edir

Radamel Falkaonun “Çelsi”yə keçidi baş tutmaq üzrədi. Apasport.az saytının “The Telegraph” nəşrinə istinadən məlumatına görə, futbolçunun icarə əsasında keçidi Amerika Kuboku başlayana qədər həll olunacaq.

 

Cənubi Amerikalının müqavilə ilə məxsus olduğu “Monako” klubu hücumçunun bir illik icarəsi üçün londonlulardan 5 milyon funt-sterlinq tələb edir.

 

Kolumbiya yığmasının 29 yaşlı kapitanı isə “Çelsi” forması geyinmək üçün hətta əmək haqqında güzəştə getməyə də hazırdı.

 

Xatırladaq ki, Falkao ötən mövsümü də icarə əsasında bir başqa Premyer Liqa klubunda - “Mançester Yunayted”də keçirmişdi.