“Monako” Dimitar Berbatovla müqavilənin müddətini uzatmaq istəyir
01.03.2015 - 17:20
“Monako” Dimitar Berbatovla müqavilənin müddətini uzatmaq istəyir

“Monako” hücumçusu Dimitar Berbatovla müqavilənin müddətini uzatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu haqda klubun vitse-prezidenti Vadim Vasilyev bildirib.

 

34 yaşlı bolqar futbolçunun müqaviləsi yayda başa çatacaq. Fransa təmsilçisinin rəhbərliyi indidən hərəkətə keçərək, Berbatovla danışıqlar aparır.

 

Qeyd edək ki, “Tottenhem”, “Mançester Yunayted” kimi klubların şərəfini qorumuş Berbatov 2014-cü ildən “Monako”da forma geyinir.