“Monako” Falkaonun qiymətini açıqladı
17.06.2014 - 21:16
Fransanın “Monako” futbol klubu kolumbiyalı futbolçu Radamel Falkao ilə vidalaşmağa hazırdır. Apasport.az saytının məlumatına görə, fransız klubu 28 yaşlı hücumçu üçün 60 milyon avro qiymət təyin edib.
Qeyd edək ki, Radamel Falkao ilə İtaliyanın “Milan” klubu maraqlanır. “Milan” onun əvəzində Mario Balotellini təklif etmək istəyir.
Falkao ötən mövsüm zədə səbəbindən “Monako”nun heyətində cəmi 17 oyun keçirib. Kolumbiyalı oyunçu bu matçlarda 9 qol vurub.
0
0