“Monako” ilə qarşılaşmada itirdiyimiz iki xalı Bakıda qələbə ilə qaytarmalıyıq”
28.09.2015 - 16:45
“Monako” ilə qarşılaşmada itirdiyimiz iki xalı Bakıda qələbə ilə qaytarmalıyıq”

“Qarabağ”la qarşılaşma çətin olacaq. Çünki bizi əvvəl ağır səfər, ardınca gərgin oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun futbolçusu Silvio Proto deyib.

 

Təcrübəli qapıçı Avropa Liqasının II turunun “Qarabağ”la qarşılaşması haqda fikirlərini açıqlayıb.

 

Silvio oktyabrın 1-də Bakıda baş tutacaq görüşün çətinliyini vurğulasa da, 3 xal iddialarını da gizlətməyib: “İlk növbədə səhər tezdən yuxudan durub, səfərə çıxmalıyıq. Ardınca isə 5 saat yarımlıq yol qət etməliyik. Bu elə bir oyundu ki, heç vaxt asan ola bilməz. Bakıda yüksək səviyyədə çıxış etməliyik ki, lazım olan nəticəni qazanaq. “Monako” ilə qarşılaşmada itirdiyimiz iki xalı Bakıda qələbə ilə qaytarmalıyıq”.

 

Qeyd edək ki, Proto 2005-ci ildən “Anderlext”də çıxış edir.