“Monako” Sneyderi nişan alıb
22.07.2014 - 05:43
“Monako” klubu “Qalatasaray”ın oyunçusu Uesli Sneyderi almaq istəyir. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bununla da “Real”a keçən Xames Rodriqesin boşluğunu doldurmaq istəyir.
Hollandiya ilə dünya çempionatında bürünc medal qazanan Sneyder 2013-cü ildən İstanbuldadır. Onun “Qalatasaray”la müqaviləsi 2016-ci ilə qədər qüvvədədir. Sneyderə “Monako”dan əlavə “Mançester Yunayted” də müştəri düşüb. “Qalatasaray» isə futbolçunun qiymətinin 20 milyon avro olduğunu bildirir.
0
0