“Monako” zədəli Valdeslə müqavilə imzalayacaq
29.03.2014 - 02:22
“Monako” zədəli Valdeslə müqavilə imzalayacaq

 

“Barselona”nın qapıçısı Viktor Valdes ağır zədə almasına baxmayaraq yay aylarında “Monako”ya keçəcək. Apasport.az saytının məlumatına görə, eyni adlı knyazlığın komandası qapıçı ilə ilkin razılaşma imzalayıb və onunla tam müqavilə imzalamaqda qərarlıdır.

 

Xatırladaq Ki, Valdesin “Barselona” ilə müqaviləsi mövsümün sonunda başa çatır və o, klubu tərk etmək fikrindədir. Onunla “Mançester Siti” də maraqlanır. Bundan əlavə, Valdes özünə klub tapa bilməyəcəyi təqdirdə, “Barselona” da ona yeni müqavilə təklif etmək niyyətindədir.