“Monako”nun keçmiş baş məşqçisi Yunanıstan yığmasında
22.06.2014 - 11:06
“Monako”nun keçmiş baş məşqçisi Yunanıstan yığmasında

 

“Monako” klubunun keçmiş baş məşqçisi Klaudio Ranyeri özünə iş tapıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Yunanıstan Futbol Federasiyasının mili komandaya başçılıq etmək təklifini qəbul edib.

 

Dünya çempionatı başa çatandan sonra Yunanıstan yığmasının hazırkı baş məşqçisi Fernando Santoş komandanı tərk edəcək. Artıq Yunanıstan Futbol Federasiyası ilə Ranyeri arasında prinsipial razılıq əldə olunub. Ranyeriyə 2 illik müqavilə təklif edilib. O, hər il üçün 800 min avro alacaq.

 

Ranyeri ötən mövsüm “Monako” ilə bir yerdə Fransa çempionatını ikinci yerdə başa vuraraq, gümüş medal əldə edib və Çempionlar Liqasına vəsiqə qazanıb. Buna baxmayaraq, mövsüm başa çatan kimi postundan uzaqlaşdırılıb.