“Mourinyo futbol üçün təhlükədir”
06.05.2014 - 06:10
Danimarka millisinin baş məşqçisi Morten Olsen “Çelsi”nin baş məşqçisi Joze Mourinyo barədə sərt fikirlər söyləyib. Apasport.az saytının məlumatına görə, 2000-ci ildən milli komanda ilə çalışan 64 yaşlı mütəxəssis portuqaliyalının oyun stilinin futbolu məhv etdiyini bildirib.
“Mənim fikrimcə, Joze Mourinyo futbol üçün ciddi təhlükədir. Əgər onu çoxları təqlid etsə, futbol öləcək. Bütün komandaların Mourinyonun komandası kimi futbol oynamasını təsəvvür edin. Oyun cansıxıcı olacaq və mən artıq futbola baxmayacağam” - deyə, Olsen qeyd edib.
0
0