“Neftçi” – “Koper” oyununa 4 mindən çox bilet satılıb
16.07.2014 - 15:42
“Neftçi” – “Koper” oyununa 4 mindən çox bilet satılıb

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Neftçi” – “Koper” oyununa bilet satışı növbəti dəfə açıqlanıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq bu qarşılaşmaya 4 mindən artıq bilet satılıb.

 

Qeyd edək ki, biletlər matçın keçiriləcəyi “Bakcell Arena”nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdır. VİP bilet alan azarkeşlərə “Neftçi”nin azarkeş futbolkası və şərfi hədiyyə olunur.