“Neftçi” 3 qolla qalib gəldi
31.08.2015 - 08:17
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövrünə hazırlıqlarını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Samir Əliyevin yetirmələri əvəzedici heyətlə görüşüb.
Qarşılaşmada “Neftçi”nin əsas komandası 3:1 hesabı ilə qalib gəlib. Mirabdulla Abbasovun hesabı açdığı görüşdə digər qolları paytaxt təmsilçisində ilk oyununu keçirən Antonio Kuinta və Erik Ramos vurublar. Əvəzedicilərdən isə Aqşin Qurbanlı fərqlənib.
0
0