“Neftçi” - yenə ərəblər
25.06.2014 - 14:11
“Neftçi” - yenə ərəblər

“Neftçi”nin Bolu toplanışı zamanı keçirəcəyi son yoxlama oyunundakı rəqibi müəyyənləşib. Klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin apasport.az saytına verdiyi xəbərə görə, “ağ-qaralar” yenə Səudiyyə Ərəbistanı təmsilçisi ilə qarşılaşacaq.

 

Bu dəfə rəqib “Əl-Feysali” olacaq. Harma təmsilçisi ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatını 14 komanda arasında VII sırada bitirib. “Neftçi”nin bu komanda ilə görüşü iyunun 27-nə təyin olunub.

 

Qeyd edək ki, “Neftçi” bu gün Səudiyyə Ərəbistanın bir başqa klubunu sınağa çəkəcək. Böyükağa Hacıyevin yetirmələri Bakı vaxtı ilə saat 18:30-da “Əl-Kadisiya” ilə görüşəcək.