“Neftçi” “Simurq”un arzusunu gözündə qoydu
03.06.2014 - 13:46
“Neftçi” “Simurq”un arzusunu gözündə qoydu

“Simurq” “Neftçi”dən 3 futbolçunu icarəyə götürmək istəyir. Bu barədə apasport.az saytına “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

 

O bildirib ki, Zaqatala təmsilçisi Emin Mehtiyev, Elşən Abdullayev və Tərlan Quliyevin xidmətində maraqlıdır. Lakin “ağ-qaralar” növbəti mövsüm gənclərlə oynayacağından “Simurq”a “yox” cavabı verib.