“Neftçi” almaniyalılarla bacarmadı
07.07.2014 - 08:04
“Neftçi” almaniyalılarla bacarmadı

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq prosesinin ikinci mərhələsi çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Almaniyanın “Dinamo” (Drezden) klubu ilə qarşılaşıb.

 

Oyun Böyükağa Hacıyevin yetirmələrinin məğlubiyyəti ilə başa çatıb – 1:2. Bu matçda Samir Məsimov hesabı açsa da, almaniyalılar 2 qol vurmağa müvəffəq olub. Bundan sonra “Neftçi” hesabı bərabərləşdirməyə yaxın olsa da, Flavinyo penalti zərbəsindən yararlanmayıb. Bununla da “ağ-qaralar” Avstriyada 2-ci məğlubiyyətini alıb.

 

Qeyd edək ki, ilk yoxlama oyununda Ukrayna “Dinamo”su (Kiyev) ilə heç-heçə (2:2) edən “Neftçi” Rumıniyanın “Botoşani” klubuna 0:3 hesabı ilə uduzub.