“Neftçi” Antalya toplanışından imtina etdi
25.12.2015 - 16:19
“Neftçi” Antalya toplanışından imtina etdi

Qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçməyi planlaşdıran “Neftçi” fikrindən daşınıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” qışda ölkə xaricinə yollanmayacaqlar.


Baş məşqçi postuna əcnəbi mütəxəssis gətirməyi planlaşdıran, lakin neftin dünya birjasında kəskin şəkildə qiymətinin azalması, üstəlik devalvasiya nəticəsində maliyyə sıxıntıları yaşayan paytaxt təmsilçisi sonda yolunu Əsgər Abdullayevlə davam etməyi qərara alıb.


Görünür, bu qərar da klubun büdcəsində yaranan kəsirdən xilasedici rolunu oynamayıb. Amma 40-50 min dollara görə “Neftçi” kimi klubun qışda təlim-məşq toplanışına ölkə xaricinə yollanmaması əlbəttə ki, qəbuledilməzdi.


İnformasiyanı dəqiqləşdirmək üçün klubun əməkdaşları ilə əlaqə saxlamaq cəhdlərimiz bəhrəsiz qaldı. “Neftçi” rəsmilərindən heç biri zənglərimizə cavab vermədi.

 

Mənbə: futbolinfo.az