“Neftçi” bilet alanlara hədiyyə paylayır
14.07.2014 - 13:45
“Neftçi” bilet alanlara hədiyyə paylayır

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" (Azərbaycan) - "Koper" (Sloveniya) oyununun biletləri sabah satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, azarkeşlər biletləri iyulun 15-də saat 12:00-dan etibarən matçın baş tutacağı "Bakcell Arena"nın kassalarından ala bilərlər.

 

Qarşılaşmanı izləmək istəyənlər 1 və ya 10 manatından keçməli olacaq. Belə ki, adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. Lakin nisbətən bahalı bilet alanlara "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.

 

Mənbə: neftchipfk.com