Avstriyada hazırlıq keçən “Neftçi” iyulun 8-də Çexiyanın “Vısoçina” klubu ilə yoxlama oyunu keçirə bilər. Apasport.az-ın xəbərinə görə, bu haqda Yihlava klubunun rəsmi saytı məlumat yayıb.
Bu xəbərə inansaq, ötən mövsümü Çexiya elitasında VIII olmuş “Vısoçina” Avstriyanın Ştrasvalxen şəhərciyində “Neftçi” ilə gücünü sınamalıdır. Çexiya klubu iyulun 12-də “ağ-qaralar”ın qarşılaşmalı olduğu, ancaq müəyyən səbəblərdən alınmayan Fransanın “Lill” klubu ilə Zalsburqda görüşəcək. Bir gün sonra isə Çeske-Budeyovitse “Dinamo”su ilə yoxlama oyunu da nəzərdə tutulub.
Qeyd edək ki, dünən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov saytımıza açıqlamasında iyulun 6-sı və 9-da yoxlama oyunları keçirəcəklərini bildirib. Bakılıların sabahkı rəqibi Drezden “Dinamo”sudur.
“Neftçi” Çexiya klubu ilə qarşılaşacaq?
05.07.2014 - 11:39
0
0