“Neftçi” ilk yoxlama oyununda məğlub oldu
17.06.2014 - 19:40
Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqları davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın rəqibi Gürcüstan kubokunun finalçısı “Çixura” klubu olub.
Bakı vaxtı ilə saat 18:30-da başlayan oyun Neftçinin 3:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Neftçi” – “Çixura” - 2:3
Qollar: Samir Məsimov, 19; D.Silva, 34 - Odikadze, 11 (pen.); 83; Mumladze, 90+
0
0