“Neftçi” mənim üçün doğma klubdur. Futbolçu karyeramda ilk addımlarımı bu klubda atmışam”. Apasport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçi köməkçisi təyin olunan Nazim Əliyev deyib.
O, “ağ-qaralar”ın son dövrlərdə qazandığı uğurlardan danışıb: “Neftçi”də məşqçi vəzifəsini də icra etmişəm. Son illərdə bu komanda böyük tarixi nailiyyətlərə imza atıb. Azərbaycanla yanaşı, Avropada da adından söz etdirib. Təbii ki, hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparan komandada çalışmaq şərəf olmaqla yanaşı, böyük məsuliyyət və zəhmət də tələb edir. “Neftçi”nin prezidenti Sadıq Sadıqov hər zaman yerli mütəxəssislərlə çalışmağa üstünlük verib. Mənə güvəndiyinə və etimad göstərdiyinə görə klub prezidentinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum.