“Neftçi” niyə böyük hesabla uduzdu?
10.08.2014 - 19:33
“Neftçi” klubunun məşqçisi Nazim Əliyev Topaz Premyer Liqasının I turunda “Araz-Naxçıvan”a səfər matçında böyük hesabla uduzduqları oyunu şərh edib. Apasport.az saytının xəbərinə görə, Əliyev bəzi futbolçulardan narazı qaldığını söyləyib: “Təəssüf ki, məğlubiyyətlə üzləşdik. Bugünkü oyunda gənc futbolçularımızı yoxlamaq istəyirdik. Klub tərəfindən onlara şans verildi. Avroliqada demək olar ki, oynamaq şansları olmur. 3-4 nəfəri çıxmaqla, demək olar ki, heç biri etimadı doğrultmadı” (pfl.az).
0
0