“Neftçi” qisas arzusunda
18.06.2014 - 16:00
“Neftçi” qisas arzusunda

“Neftçi” Bolu şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı təmsilçisi hazırlıq çərçivəsindəki ikinci yoxlama oyununu da “Çixura” klubuna qarşı keçirəcək.

Komanda ilk oyunda məğlub olduğu (2:3) Gürcüstan kubokunun finalçısı ilə bu dəfə iyunun 20-də qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.