“Neftçi” üçün “adaş”lar
03.07.2014 - 09:19
“Neftçi” üçün “adaş”lar

Avstriyada təlim-məşq toplanışında olan “Neftçi”nin yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün Kiyev “Dinamo”su ilə qarşılaşacaq paytaxt təmsilçisi iyulun 6-da daha bir matça çıxacaq.

 

Böyükağa Hacıyevin yetirmələri ikinci sınağında da “Dinamo” ilə üz-üzə gələcək. Bu dəfə “Neftçi” Kiyev təmsilçisinin “adaş”ı olan Drezden klubu ilə qarılaşacaq.

 

Əsası 1953-cü ildə qoyulan Almaniya təmsilçisi qarşıdakı mövsümdə ölkəsinin III liqasında çıxış edəcək. Bu komanda vaxtilə 8 dəfə ADR çempionu, 7 dəfə isə ölkə kubokunun qalibi olub.