“Neftçi” üçün qiymətlər açıqlandı
12.08.2014 - 10:19
“Neftçi” üçün qiymətlər açıqlandı

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan kubokunun qalibi “Neftçi” ilə qarşılaşacaq Serbiya təmsilçisi “Partizan” ilk oyunun biletlərini satışa çıxarıb. Apasport.az saytının məlumatına görə, avqustun 21-də Belqradın “Partizan” stadionunda keçiriləcək görüşü izləmək istəyənlər bu gündən etibarən biletləri əldə edə bilər.

 

Azərbaycan təmsilçisi ilə oyuna gələcək azarkeşlər tribunadan asılı olaraq 4 fərqli məbləği ödəməlidir. Belə ki, ən ucuz biletlər 400 (3 manat 58 qəpik), orta qiymətə olanlar isə 800 dinaradır (7 manat 16 qəpik). Mərkəzi tribunaya giriş isə 1000 dinara (8 manat 94 qəpik) mümkündür. Qarşılaşmaya VİP biletlər də satılır ki, bunların qiyməti 3000 dinardır (26 manat 82 qəpik).

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Partizan” – “Neftçi” qarşılaşması Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.