“Neftçi” və “İnter”dən “siftə”
02.02.2015 - 12:41
“Neftçi” və “İnter”dən “siftə”

Topaz Premyer Liqasında mövsümün ikinci yarısının startı penaltilərin çoxluğu ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, 4 qarşılaşmadan 3-də hakimlər 11 metrlik nöqtəni göstərib.  

 

“Qəbələ” 4-cü dəfə belə imkandan yararlanıbsa, penalti vurmaq imkanı qazananlardan ikisi – “Neftçi” və “İnter” mövsümdə ilk dəfə belə şans qazanıb. İlk 18 turda 11 metrlik cərimə zərbəsi vurmaq imkanı olmayan “ağ-qaralar” “ağ nöqtə”dən dəqiq olubsa, “bankirlər” “siftə”ni korlayıb.

 

Bununla da Premyer Liqada penalti vurmayan komanda qalmayıb. 20-si qolla nəticələnən 26 zərbə 9 klubun patına düşüb: “Qarabağ” – 5 penalti (1-i qeyri dəqiq), “Qəbələ” – 4, “Simurq” – 4 (1), AZAL – 3, “Sumqayıt”, “Xəzər Lənkjəran” – hər ikisi 3 (1), “Bakı”,- 2 (1), “Neftçi” – 1,  “İnter” – 1 (1).

 

Penalti ilə cəzalananlara gəlincə isə yalnız “İnter”in qapısına belə zərbə təyin edilməyib: “Bakı” – 5, “Neftçi” – 4 (2), AZAL – 4 (1), “Qəbələ”, “Simurq” – hər ikisi 3, “Xəzər Lənkəran” – 3 (1), “Qarabağ”, “Sumqayıt” – hərəsi 2 (1).

 

Futbolçular arasında rekord Cavid Hüseynova (“Qəbələ”) məxsusdu. “Bakı” ilə oyunda hesabı açan yarımmüdafiəçi 4-cü dəfə penaltidən dəqiq olub.